Məktəbəhazırlıq qrupunda dərslər uğurla davam edir

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbimizdə Azərbaycan və Rus bölmələri üzrə hər iki bölmədə 2 qrup var. Bu qruplarda dərsləri təcrübəli müəllimlər aparır. Dərslər təhsil nazirliyin müəyyən etdiyi proqram əsasında tədris olunur. Şagirdlər dərslərdə proqrama uyğun olaraq müxtəlif əl işləri hazırlayırlar. Bu gün Rəmziyə Həbilovanın şagirdləri həmin hazırladıqları əl işlərindən birini nümayiş etdirdilər. Məktəbəhazırlıq qrupunda belə həvəslə oxumağa maraqlı olan şagirdlər inanırıq ki, ibtidai siniflərdə eləcə də yuxarı siniflərdə daha da həvəslə oxuyacaq məktəbin adını və valideynlərinin başlarını ucaldacaqlar.