Rus dili fənnindən “Açıq dərs” keçirildi

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 22 fevral 2019-ci il tarixində rus bölməsinin 5 d sinfində rus dili fənnindən ‘’Açıq dərs‘’ keçirildi. “Açıq dərs” məktəbin rus dili müəllimi Nazirə Kərimova tərəfindən keçirildi.
Dərsin mövzusu Leksika bölməsi üzrə “Эти многоликие слова – такие разные, добрые и прекрасные” - standart: 2.1.1; 2.1.2; 1.2.1; 4.1.2. Müraciət zamanı suallar cavablandırıldı. Dərsin mətninə uyğun video göstərildi, testlərə cavab verildi və krossvord həll edildi. Qruplar üzrə iş aparıldı. Tədqiqat sualları verildi və nəticələr müzakirə olundu. İnformasiya mübadiləsi aparıldı. Hər qrup lideri öz qrupunun işini təqdim etdi. Onlar iş vərəqləri üzrə tapşırığın cavabını şərh etdilər. Digər qrupların üzvləri öz əlavələrini və düzəlişlərini etməklə şəxsi fikirlərini bildirdilər. Dərsdə çox geniş şəkildə söz haqqında məlumat verildi.
Sinifdə “Azərbaycan” və “Sloveniya” şagirdləri arasında telekörpü quruldu.
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin Sloveniyada göstərdiyi şücaətdən danışıldı.
Qiymətləndirmə. Ümumi təlim nəticələrinə müvafiq meyarlara əsasən aparıldı.
“Açıq dərs” müasir tələblərə uyğun qurulmuşdur.
“Açıq dərs”də məktəbin direktoru Zemfira Məsiyeva iştirak edirdi.