1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq tədbir keçirildi

Bu tarix bütün dünyada, o cümlədən Azərbaycanda Mülki Müdafiə günü kimi qeyd olunur.
Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Hər il Mülki Müdafiə günü bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd olunur.
Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi əhalinin, ərazilərin təbii və texniki qəzalardan, partlayış və yanğınlardan mülki müdafiəsini, yanğın təhlükəsizliyini, istehsalat və nəqliyyat qəzalarından mühafizəsini təşkil edir.
Azərbaycanda mülki müdafiə təşkilatı bir neçə istiqamət üzrə ixtisaslaşıb. Qurumun tərkibində ayrılıqda Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti və Xəzər Hövzə Qəza-xilasetmə Xidməti fəaliyyət göstərir. Mülki Müdafiə Qoşunlarının maddi-texniki təchizatı, eləcə də qoşunların şəxsi heyətinin təminatı daim dövlət nəzarətindədir.
Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi
1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə təlim keçirildi. İlk olaraq məktəbin böyük akt zalında toplaşan müəllim və şagirdlər üçün seminar keçirildi. Seminar Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Seminarı məktəbin hərbi rəhbəri Azər Xankişiyev açdı. Sonda çıxış edən Xətai rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik – leytenant Rəfail Musayev 1 Mart Ümümdünya Mülki Müdafiə Günü haqqında məlumat verdi. Mövzuya uyğun videoçarxlar nümayiş etdirildi. Həkim briqadası fövqəladə hallar zamanı tibbi yardıma ehtiyac olan şəxslərə göstəriləcək ilk yardım nümunələri göstərərək müvafiq tövsiyələrini verdilər. Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək belə tədbirlərin şagirlərin və müəllimlərin maariflənməsi üçün vacib olduğunu bildirdi.
Sonra “Həyəcan” siqnalı ilə məktəbin şəxsi heyəti təxliyə edildi. Təxliyə olunan şəxsi heyət müvafiq yerlərdə toplaşdılar. Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları müvafiq təlimat keçdilər.
Təlim zamanı heç bir neqativ hadisə baş vermədi.
Tədbirdə Xətai rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin baş zabitləri leytenant Qədir Daşdəmirov, leytenant Elturan Fərzəliyev, Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Xətai rayon Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Ruslan Zeynalov, 7 saylı Təcili Tibbi Yardım stansiyasının həkim briqadası iştirak edirdi.