“Nəsimi ili” ilə əlaqədar olaraq tədbir keçirildi

28 fevral 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin oxu zalında “Nəsimi ili” ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərminə Şirinova 6 a sinif şagirdləri ilə birgə təşkil etmişdir. Tədbirdə şagirdlər Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verdilər, Nəsimin qəzəllərini səsləndirdilər, mahnılar oxudular, səhnəciklər nümayiş etdirdilər. “Nəsimi” filmindən hissələr nümayiş etdirildi.

Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tarix fənni üzrə metodbirşləmə sədri Həcər Əlişova, Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Zeynalova, riyaziyyat müəllimi Mehriban İbrahimova, musiqi müəllimi Xanım Qasımova, informatika müəllimi Xəyalə Əmrahova və valideynlər iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi