Müəllim və şagirdlərimizin idman uğurları

24 fevral 2019-cu il Xəzər rayonu Şagan Olimpiya İdman Mərkəzində Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktor müavini Sərxan Behbudov, fiziki tərbiyə müəllimi Mail Abdullayev, fiziki tərbiyə üzrə metodbirləşmə sədiri və “TORNADO” Taekvondo İTF İdman Klubunun rəhbəri Barat Orucov və Bakı Gənclər və İdman Baş İdarəsi başda olmaqla Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş Taekvondo İTF İdman növü üzrə Bakı birinciliyi keçirildi. Çempionatda Bakı üzrə 15 komanda, 250 nəfərdən çox idmançı iştirak etdilər. Bu yarışda Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5 nəfər şagirdi iştirak etdilər və qaliblər arasında öz adlarıni yazdırmağı böyük nailiyyətlə bacardılar. Babayev Hüseyn 1-ci yer, Orucov Alişan 1-ci yer, Əliyev Hüseyn 1-ci yer, Əmrahlı Xoşbəxt 2-ci yer, Yusifov Ariz 3-cü yerlə yekunlaşdılar. Babayev Hüseyn isə çempionatın ən yüksək göstəricilərini nümayiş etdirdiyi üçün Çempionatın Kubokunu qazanmışdır. İdmançılarımızı təbrik edib onlara  can sağlığı və bu yolda daha böyük uğurlara nail olmalarını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi