Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar məktəbin dəhlizlərində və sinif otaqlarında guşələr yaradıldı

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin dəhlizlərində və sinif otaqlarında guşələr yaradıldı. Guşələrdə Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən şagirdlərin hazırladıqları əl işləri, şagirdlərin çəkdikləri rəsmlər, foto şəkillər nümayiş etdirilir. Şagirdlərin yazdıqları inşalarda, məruzələrdə, təqdimatlarda Xocalı soyqırımı zamanı erməni vəhşiliyini tarixi faktlarla göstərən məlumatlar əks olunmuşdu.