Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

25 fevral 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, fənn müəllimləri, şagirdlər iştirak edirdi. Şagirdlər Xocalı soyqırımı ilə bağlı ətraflı məruzə ilə çıxış edərək erməni vəhşiliyinə, azərbaycanlılara qarşı törədilmiş soyqırımına öz münasibətlərini bildirilər. Xocalı soyqırımına və vətənpərvərliyə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular. Soyqırımı özündə əks etdirən səhnəciklər nümayiş etdirdilər. Faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən, olmazın əzab və işgəncələrə məruz qalan sakinlərin statistikasından, soyqırımı törədənlərin qeyri – insani xislətindən bəhs edildi.
Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevinc Mİrzəyeva, Alidə Əliyeva və Mahirə Nəsirova hazırladılar.