İlk dərslər Xocalı soyqırımına həsr olundu

Azərbaycan Respublikası Təhsil nazirinin 12.02.2019-cu il tarixli F-78 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.02.2019-cu il tarixli F-98 nömrəli “Təhsil müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsi barədə” əmrinin icrasını təmin etmək, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hissini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə fevral ayının 26-da ilk dərslər Xocalı soyqırımının iyrimi yeddinci ildönümünə həsr edildi. Məktəbin radioqovşağı ilə məktəbin tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova Xocalı soyqırımı, erməni vəhşiliyi haqqında ətraflı məlumat verdi. Şagirdlər Xocalı soyqırımına aid şeirlər səsləndirdilər, hazırladıqları təqdimatları oxudular.

Sonra məktəbin yuxarı sinif şagirdləri böyük akt zalında “Xoca” filminə baxdılar. Film nümayiş etdirilmədən öncə Xocalı soyqırımı qurbanlarının və  torpaq uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında tarixi çıxışının videoçarxı nümayiş etdirildi. Sonda şagird və müəllimlər şanlı zəfərimiz olan Aprel döyüşləri haqqında hazırlanmış videoçarxa baxdılar.

İbtidai siniflərdə isə ilk dərslər sinif otaqlarında hazırlanmış Xocalı soyqırımına həsr olunmuş anım guşələrinin önünüdə vətənpərvərlik mövzusunda şagirdlər şeirlər söylədilər, soyqırımı haqqında müəllimlərin verdikləri məlumatları dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi