İbtidai sinifdə "Ana dili günü" qeyd edilidi

21 fevral - Beynəlxalq Ana dili günü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Beynəlxalq Ana dili günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

21 fevral 2019-cu il tarixində Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə BŞTİ-nin tədbirlər planına uyğun olaraq 2e, 2ç, 2d (rus bölməsi) sinif şagirdləri və sinif rəhbərləri İbrahimova Zülfiyyə, Mirzəməhəmmədova Elza və Şərifova Natalya  "Ana dilimizi qoruyaq və sevək" başlığı altında tədbir keçirdilər. Tədbirdə ana dilinə həsr olunmuş şeirlər səsləndirildi. Tədbirin sonunda Xocalıya həsr olunmuş rəsm, əl işlərindən ibarət sərgi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi