"Valideynin məktəbdə bir günü" adlı layihəni həyata keçirdi
22 fevral 2019 - cu ildə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb "Valideynin məktəbdə bir günü" adlı layihəni həyata keçirdi. Layihə zamanı valideynlərin məktəblə tanışlığı təşkil olundu. Onlar məktəbin tarix muzeyində, komputer otağında, zəngin kitabxanya malik oxu zalında, müasir avadanlılqarla təchiz olunmuş fənn kabinetlərində oldular.
İbtidai sinif şagirdlərinin əl işlərindən hazırlanmş qələmqabı sərgisini valideynlər məmnunluqla seyr etdilər. Sərgidə nümayiş etdirilən rəngli karandaşlardan, balıqqulağından, rəngli kağızlardan, muncuqlardan, rəngli iplərdən istifadə edilərək şagirdlər tərəfindən düzəldilmiş qələmqabları valideynlər tərəfindən maraqla qarşılandı. Onlar belə əl işlərindən ibarət sərgilərin şagirdlərdə olan bacarığın üzə çıxarılmasında mühüm rol oynadığını bildirilər. Uşaqlarına göstərilən dövlət qayğısına və məktəbdə yaradılan əlverişli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Təhsil Naziri Cənab Ceyhun Bayramova minnətdarlıqlarını bildirdilər.