"Göynəyir sinəm, Xocalı!" adlı tədbir keçirildi

Xocalı soyqırımı xalqımızın qan yaddaşına ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmına öz münasibətini bildirərkən, soyqırım haqqında belə demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən məktəbdə silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir 22 fevral 2019-cu ildə keçirilmiş " Göynəyir sinəm, Xocalı! " adlı məktəb tədbiri oldu. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılovun, UBTR Günay Dəmirovanın, müsiqi müəllimləri Xanım Qasımovanın, Cəlalə Talıbovanın təşkilatçılığı, V-X sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Faciənin acılarını özündə əks etdirən tədbir şagirdlərin şeirləri, vətənpərvər mahnıları ilə başa çatdı. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Zemfira Məsiyeva bildirdi ki, bu məsələ dövlətimizin diqqətindən kənarda qalmır və hər il dövlət səviyyəsində soyqırım qurbanlarının əziz xatirəsi anılır, ildönümü qeyd olunur. O, qeyd etdi ki, qələbə günü çox uzaqda deyil. tariximizi unutmamaq, onun qanlı səhifələrini bütün dünyaya tanıtmaq hamımızın vətəndaş borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi