İbtidai siniflərdə "Beynəlxalq Ana dili Günü" ilə bağlı tədbir keçirildi

21.02.2019 - cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli orta məktəbdə "Beynəlxalq Ana dili Günü" ilə bağlı ibtidai siniflər üzrə qələmqabı və ən gözəl tərtibatlı esse iş vərəqi müsabiqəsi keçirilib. Belə ki, qələmqabını valideynlərlə uşaqlar birlikdə tullantılardan düzəldiblər. Foyedə qələmqabıların sərgisi düzəldilib. Bütün siniflərdə "Ana dilim, doğma dilim" adlı esse yazdırılıb. Məqsəd şagirdlərdə doğma dilimizə sevgi aşılamaq, onların doğma dilimiz haqqında zəngin məlumata malik olmasını təmin etmək olmuşdur. Layihənin rəhbəri ibtidai sinif müəllimi Bİlalova Nüşabə olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi