Şagirdlərimiz olimpiadanın növbəti mərhələsində iştirak hüququ qazanmışdır

Fevralın 3-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Fənn olimpiadalarının şəhər mərhələsi VIII-XI sinif şagirdlərini əhatə edib.

Respublika fənn olimpiadalarının şəhər mərhələsində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.

Respublika fənn olimpiadalarının şəhər mərhələsində məktəbimizi təmsil edən şagirdlər uğurla iştirak etmişlər. Bilik və bacarıqlarından məharətlə istifadə edən 2 şagird: 9"Ç" sinif şagirdi Dinar Məmmədli, 11 "A" sinif şagirdi Dinarə Qasımova  qalibiyyət əldə edərək, növbəti mərhələyə vəsiqə qazanmışlar. Şagirdləri bu böyük uğurları münasibətilə məktəbin direktoru Zemfira Məsiyeva, TTİ üzrə direktor müavini Sima Əhmədova, təşkilatçı Kənan İsmayılov, sinif rəhbərləri  təbrik etdi və onlara növbəti mərhələdə də uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi