“Ana dilim” şeir müsabiqəsi

Azərbaycan Respublikasının təhsil nazirinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı 15.01.2019-cu il tarixli, F-20 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planının 5-ci bəndinin icrasını təmin etmək, məktəblərdə vətənpərvərlik hislərini daha da artırmaq, onlarda nitq mədəniyyətini formalaşdırmaq və istedadlarını üzə çıxarmaq məqsədilə 20 fevral 2019-cu ildə Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Ana dilim” adlı şeir müsabiqəsi keçirildi.Müsabiqədə məktəbin direktoru Z.Məsiyeva, Təlim-tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimləri də iştirak etdilər. 6-10-cu sinif şagirdlərinin qatıldığı bu müsabiqədə 3 nəfər öz ifası ilə fərqləndi. Belə ki, təşkilat komitəsi tərəfindən qərar aşağıdakı kimi müəyyənləşdirildi.

I yer- 10 a sinif şagirdi Məstanova Çeşmixumar

II yer -7 a sinif şagirdi Quluzadə Nihan

III yer- 9 a sinif şagirdi Muradova Solmaz

Müsabiqədə iştirak edən qalibləri alqışladılar.I yerə layiq görülən 10-cu sinif şagirdi Məstanova Çeşmixumara növbəti mərhələdə qalib olmağı arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi