"Ana dilim şirindir" mövzusunda təqdimat keçirildi

Ana dili bizim müqəddəs sərvətimiz, varlığımız olan anamızın dilidir. Biz ilk laylamızı bu dildə eşidir, bu dildə ana və Vətən sözlərini deyirik. Dilimizin gözəlliyini gələcək nəsillərə, başqa millətlərə məxsus insanlara mənimsətmək, sevdirmək məqsədilə 20 fevral 2019-cu il tarixində Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Məmmədova Rəhilə və Mirzəyeva Sevinc tərəfindən məktəbin rus bölməsi üzrə 4ç və 4d siniflərində "Ana dilim şirindir" mövzusunda təqdimat keçirildi. Təqdimatda şagirdlər Azərbaycan dilinin saflığının qorunması istiqamətində hikmətli sözlər söyləyib, şeirlər səsləndirdilər. Daha sonra təqdimat video çarxın izlənilməsi ilə davam etdi. Sonda isə "Ana dilim şirindir" mövzusundakı təqdimat Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqələndirildi.

Təqdimatda məktəbin direktoru Zemfira Məsiyeva, təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi