“Mənim ana dilim” mövzusunda tədbir keçirildi
Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil. Ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
Dilimizin saflığını gələcək nəsillərə mənimsətmək məqsədilə 19 fevral 2019-cu ildə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Mahirə Nəsirova 7 a sinfində “Mənim ana dilim” mövzusunda tədbir keçirdi. Bu tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, müəllimlər, 7 a sinif şagirdlərinin valideynləri də iştirak etdilər. Onlar şagirdlərin ifasında söylənən şeirləri, eləcə də mahnıları dinlədilər, səhnəciklərə tamaşa etdilər. Şagirdlər bir daha anladılar ki, Azərbaycan dili bizim varlığımız, sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq hər bir azərbaycanlının borcudur.