Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş əl işləri hazırlandı
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə şagirdlər 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımın 27-ci ildönümünə həsr olunmuş əl işləri hazırladılar. Hazırlanmış əl işlərində yanan evlər, körpəsi şəhid olmuş ananın kədərli siması, şəhid olmuş insanların cəsədini özündə əks etdirən fiqurlar, yaralı əsgər fiqurlardan istifadə edərək erməni vəhşiliyini canlandırmağa çalışmışlar.