“Mahir nişançı” adlı atıcılıq üzrə yarış keçirildi
14 -15 fevral 2019-cu il tarixlərində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 26 Fevral Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş Xətai rayon məktəbləri arasında “Mahir nişançı” adlı atıcılıq üzrə yarış keçirildi. Yarışda Xətai rayonu üzrə 37 məktəbin 10-11-ci sinif şagirdləri olmaqla 4 oğlan və 2 qız iştrak etmişdi. Məktəbimizin atıcılar komandası yüksək nəticə göstərməklə 1-ci yeri tutmuşdur. Məktəbin komandası Bakı şəhəri üzrə keçiriləcək “Mahir nişançı” yarışında iştirak etmək hüququ qazanmışdır. Bu münasibətlə komandanın üzvlərini və məktəbin kollektivini təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq.