“Ana dilim şirindir”

Mənim ana dilim Azərbaycan dilidir, doğma respublikamızın dövlət dilidir. Mənim ana dilim poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir.

Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyev dilimizin saflığının  qorunması üçün çox böyük işlər görüb. Xalqımızın böyük oğlu deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini- Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir.”

Dilimizin qorunmasında, inkişaf etdirilməsində məktəb müəllimlərinin, eləcə də şagirdlərin üzərinə vacib vəzifələr düşür. Elə bu səbəbdən də 15 fevral 2019-cu ildə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə metodbirləşmə sədri Mahirə Nəsirova Məmməd qızı rəhbərlik etdiyi 7 a sinfində “Ana dilim şirindir” mövzusunda ədəbi-bədii kompozisiya təşkil etdi. Bu tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, fənn müəllimi Sevinc Mirzəyeva iştirak etdilər.

Şagirdlər dilimizin dünyanın ən mükəmməl, ən zəngin dillərindən biri olduğunu söylədikləri şeirlərdə, göstərdikləri səhnəciklərdə bir daha vurğuladılar. Onlar əmin oldular ki, bu şirinliyi, bu saflığı göz bəbəyi kimi qorumaq hər bir azərbaycanlının borcu olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi