Biologiyadan "Açıq dərs" keçirildi

12 fevral 2019-cu ildə Zaur Məmmədov adına 171 nömrəli məktəbdə biologiya müəllimi Natalya Titova tərəfindən 8 "ç" sinifində açıq dərs keçirildi. Dərsdə məktəbin direktoru Zemfira Məsiyeva,  təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova  və qonaqları - məktəbin keçmiş şagirdləri əyləşmişdi. Dərsin mövzusu "Vitaminlər" idi. Şagirdlər qrup işinə qatıldı. Qruplara A, B, C, D, E vitaminlərin hərflərinə uyğun ad verilmişdir. Hər qrup tablet və kapsul şəklində süni "vitaminlər" və təbii meyvə, tərəvəz və vitaminlərlə zəngin olan qidaları gətirdilər. Dərs zamanı "C" vitamininin bədənin təmizlənməsinə kömək etdiyinə aid bir təcrübə keçirildi. Təcrübədə təmiz su, tibbi yod və C vitaminin həbləri istifadə edilmişdir. Bu təcrübədən şagirdlər C vitaminin insan orqanizmində nə qədər böyük rol oynadığını öyrəndilər. "Məndə AVİTAMİNOZ var?" testi aparılmışdır. Şagirdlər vitaminlər, onların rolu və müxtəlif qrupların vitaminləri çatışmazlığı ilə əlaqədar olan xəstəliklər haqqında məlumat aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi