Valideynlərlə psixoloji söhbət aparıldı
11 fevral 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə valideynlərlə psixoloji söhbət aparıldı. Giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva çıxış etdi. Pxisoloji söhbət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin əməkdası psixoloq Səidə Əhmədova tərəfindən aprıldı. Psixoloq Səidə Əhmədova valideyn-məktəb, valideyin övlad, valideyn-müəllim münasibətləri ətrafında çıxış etdi. Valideynləri maraqlandıran suallara cavab verdi, müzakirələr aparıldı. Valideynlər belə psixoloji söhbətlərin vacib olduğunu və bunun davamlı olmasını arzuladıqlarını bildirdilər.