9, 10, 11-ci sinif şagirdləri ilə psixoloji söhbət aparıldı
11 fevral 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9, 10 və 11-ci sinif şagirdləri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin əməkdası Səidə Əhmədova tərəfindən psixoloji söhbət aprıldı. Psixoloji söhbət zamanı yeniyetməlik dövrü, məktəbdə şagird-müəllim, şagird-məktəb münasibətləri, ailədə övlad-valideyn münasibətləri, özünə inam kimi mövzular ətrafında məruzə ilə çıxış etdi, şagirlərlə müzakirələr apardı, şagirdlərə buraxılış və qəbul imtahanlarına hazırlıq barəsində tövsiyyələrini verdi, şagirdləri maraqlandıran suallara ətraflı cavab verdi.