Biologiya fənnindən dərs-təqdimat keçirildi
8 fevral biologiya müəllimi Natalya Titova 9 d sinifdə dərs-təqdimat keçirdi. Dərsdə məktəb rəhbərliyi, şagirdlərin valideynləri də iştirak edirdi. Təqdimatın mövzusu "Populyasiyanın quruluşu və müxtəlifliyi" idi. Şagirdlər populyasiya anlayışı, quruluşu və göstəriciləri barədə məlumat aldılar. Bu mövzu ilə əlaqədar təbiət haqqında maraqlı videoya baxdılar. Mövzuya aid məsələ həll etdilər və suallara cavab verdilər.