"Azərbaycan-yurdum mənim" mövzusunda “Açıq dərs” keçirildi

08.02.2019 tarixində coğrafiya müəllimi Osmanova Afət Kamal qızının 8a sinfində "Azərbaycan-yurdum mənim" mövzusunda “Açıq dərs”i keçirildi. Dərsdə məktəbin direktoru Zemfira Məsiyeva, müəllimlərdən İmanverdiyeva Afaq,UBR Dəmirova Günay və bir qrup valideyn iştirak etdi. “Açıq dərs” innovativ və interaktiv dərs metodları əsasında qurulmuşdu. Məqsəd, Azərbaycanın bütün bölgələrinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsi və mənimsənilməsi idi. Dərs Azərbaycan dövlət himninin səslənməsi ilə başladı. Sonra Afət müəllimə şagird və qonaqlara maraqlı videoçarx nümayiş etdirdi. Videoçarxda Azərbaycanın görkəmli şairi Səməd Vurğunun "Azərbaycan" şeiri yurdumuzun dilbər guşələrinin görüntüləri ilə səsləndirildi. Şagirdlər vətənimizin hər bölgəsi haqqında növbə ilə ətraflı məlumat verdilər. Bu məlumatlar həmin bölgələrə aid kənd təsərrüfatı məhsullarını,yeraltı sərvətlərini,sənaye müəssisələrini,tarixi abidələrini və görkəmli şəxsiyyətlərini əks etdirən slaydlarla nümayiş etdirildi. Sonra müəllim əyani vəsaitlərdən istifadə edərək Azərbaycan ərazisinin bu cür rəngarəngliyinin və zənginliyinin səbəbinin ölkənin geoloji quruluşu və iqliminin müxtəlifliyi ilə əlaqədar olduğunu bir daha vurğuladı.

Müəllim dərsi Vüqar Abdulovun ifasında "Diyarım" mahnısının klipinin nümayişi ilə bitirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi