Şagirdlərimiz qalib oldular
19 yanvar 2019-cu il Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyası, Azərbaycan Boks Federasiyasınin İdman Sağlamlıq mərkəzində 20 Yanvar səhidlərinin xatirəsinə həsr olunmuş SAVAT (Fransız Boksu) üzrə yarış keçirildi. Yarışa respublika üzrə 250 nəfərdən artıq idmançı qatıldı və bu idmançılar arasında Zaur Məmmədov adına 171 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Barat Orucovun rəhbərliyə altında 4 idmançısı iştirak etdilər. Əliyev Hüseyn, Orucov Alişan, Babayev Hüseyn, Əmrahlı Xoşbəxt. Mükafatçılar arasında Orucov Alişan 65-kq, çəki dərəcəsində 1-ci yerə, Babayev Hüseyn 40-kq, çəki dərəcəsində 1-ci yerə, Əliyev Hüseyn 60-kq, çəki dərəcəsində 2-ci yerə, Əmrahlı Xoşbəxt 55-kq, çəki dərəcəsində 3-cü yerlərin qalibi oldular.
Yarışda işdirak edən İdmançılarımızı təbrik edib və gələcəkdə böyük uğulara nail olmaqlarını arzu edirik.