Valideyn iclası keçirildi
5 fevral 2019-cu il tarixinə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 10 a sinif şagirdlərinin valideyn iclası keçirildi. İclasda sinif rəhbəri Esmira Zeynalova, fənn müəllimləri və validyenlər iştirak edirdilər. İclasda 2018-2019-cu tədris ilinin I yarımilinin yekunları müzakirə olundu, şagirdlərin I yarımildə aldıqları qiymətlər valideyinlərə çatdırıldı, bilik qiymətləri cədvəli ilə tanış olmaq və valideynin imza etməsi üçün valideynlərə verildi. Hər bir şagird haqqında valideynə məlumat verildi, şagirdlər haqqında müəllimlərin fikirləri dinlənildi. İclasda valideynləri maraqlandıran suallara ətraflı cavab verildi, fikir mübadiləsi edildi, digər cari məsələlər müzakirə olundu. 2018-2019-cu tədris ilinin II yarımilində qarşıda duran vəzifələr, görüləcək işlər, şagirdlərdə tədrisin keyfiyyətini artırmaq üçün müvafiq işlərin görülməsi bildirildi.