Monitorinq keçirildi

25 yanvar 2019- cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli məktəbdə ibtidai siniflər üzrə dərs hissə müdiri Nüşabə Bilalova ikinci siniflərdə  monitorinq keçirdi. Monitorinq Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirildi. Şagirdlərə hər fəndən 14 sual olmaqla tapşırıqlar təqdim olundu. Tapşırıqlar həm açıq, həm də qapalı tipli suallardan ibarət idi. Suallar şagirdlərin birinci yarım ildə keçdikləri mövzuları əhatə edirdi. Məqsəd şagirdlərin tədris ilinin əvvəlindən 25 yanvara qədər keçdikləri mövzular üzrə bilikləri təxmini ölçmək olmuşdur. Toplanan nəticələrə görə  növbəti yarım ildə  şagirdlərə fərdi yanaşmanı təmin etməklə onların zəifliklərini aradan qaldırmaq hədəf götürülmüşdür. Çünki 2021 - ci ildə indiki ikincilər beynəlxalq qiymətləndirmədən keçəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi