Böyük summativ qiymətləndirmə keçirildi
21 yanvar 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9, 10 və 11 ci siniflərdə Ana dili və ingilis dili fənlərindən böyük summativ qiymətləndirmə keçirldi. Böyük summativ qiymətləndirmə tapşırıqları 4 variantda, 15 sual olmaqla, həm açıq tipli, həm də qapalı tipli tapşırıqlardan ibarət idi. Tapşırıqlar məktəbin fənn müəllimləri tərəfindən I yarımil tədris proqramı əsasında hazırlanmışdı. Şagirdlər onlara verilən vaxt ərzində verilmiş tapsırıqları cavablandırdılar. Nəticələr qısa vaxt ərzində yoxlanılacaq, şagirlərə və valideynlərə məlumat veriləcək, jurnallara yazılıcaq, məktəbin pedaqoju şurasında təhlil ediləcək, müzakirə olunacaq.