"Ekologiya, insan və ətraf mühit" mövzusunda layihə keçirilmişdir

11 yanvar 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8 "d" sinifində "Ekologiya, insan və ətraf mühit" mövzusunda layihə keçirilmişdir. Layihə dərsində şagirdlərlə havanın, suyun, torpağın çirklənməsi haqqında müzakirə aparılıb. Şagirdlər dünyada ekoloji vəziyyətin yaxşılaşdırılmasının yollarını təqdim etdilər. Əşyaların ikinci dəfə istifadəsi, tullantıların emalı və bunun nəticəsində zibil poliqonların sayını azaldaraq dünyamız daha təmiz olar. Mümkün olan əraziləri yaşıllaşdırması nəticəsində torpağ möhkəmlənər və hava təmizlənər.