Valideyn iclası keçirildi
11 yanvar 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 7 “ç” sinifinin valideyn iclası keçirildi. Valideyn iclasında sinif rəhbəri Rəhilə Məmmədova, fənn müəllimləri və valideynlər iştirak edirdi. İclasda şagirdlərin dərsə davamiyyəti, dərsdə fəal olmaları, dərslərini necə oxumaqları barədə sinif rəhbəri məlumat verdi. Fənn müəllimləri hər bir şagird haqqında fikirlərini bildirdilər. Valideynlər onları maraqlandıran suallara cavab aldılar. Valideyn iclasında bir sıra məsələr müzakirə olundu, fikir mübadiləsi edildi.