“NOYÇ- Nəzərdən keçir, Oxu, Yoxla, Çalış” üsulundan istifadə olunmaqla nümunəvi dərs keçirilib

4 yanvar 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2b sinfində şagirdlərin oxuyub anlama bacarığını inkişaf etdirmək üçün Lamiyə Qasımova tərəfindən nümunəvi dərs keçirilib. Məqsəd şagirdlərin hər hansı bir mətn əsasında düşüncələrini və mətni öz təxəyyülünə uyğun tamamlamaq qabliyyətini üzə çıxartmaq olub. Dərsdə “NOYÇ- Nəzərdən keçir, Oxu, Yoxla, Çalış” üsulundan istifadə olunub. Belə ki, şagirdlərə “Yanğısöndürən qarışqalar” adlı mətn təqdim edilib. Mətnin əsas hissəsi örtülərək giriş və son hissəsi şagirdlərin qarşısında qoyulub. Qrup formasında əyləşmiş şagirdlər verilmiş hissələri oxuyaraq onlara maraqlı gələn müəyyən suallar tərtib etmiş və mətni tamamlamağa çalımışlar. Daha sonra mətn tam oxunaraq yazılmış suallarla qarşılaşdırılıb. Dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi