2, 4, 6, 8 - ci siniflərdə keçirilən monitorinqin nəticələri yoxlanıldı
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 2, 4, 6, 8-ci siniflərdə monitorinq keçirildi. Monitorinqdə 2-ci siniflərdə təlim dili və riyaziyyatdan, 4, 6, 8-ci siniflərdə isə təlim dili, riyaziyyat və ingilis dili fənlərindən açıq və qapalı tipli suallar idi. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinqin nəticələri yoxlanıldı. Yoxlama metordbirləşmə sədrlərinin və fənn müəllimlərinin iştirakı ilə yaradılmış xüsusi komissya tərəfindən aparıldı. Nəticələr müəyyən edilmiş formaya daxil edildi, hesabat şəkilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərildi.