“Boldinskaya osen”  adlı gecə keçirildi

Aleksandr Sergeyeviç Puşkin dahi rus şairi, dramaturq, müasir rus ədəbi dilinin banisidir. Ana tərəfdən ulu babası I Pyotrun qulluqçusu və yetirməsi, hərbi mühəndis və general olan afrikalı Abram Petroviç Hanibaldır.

1799-cu il iyunun 6-da Moskvada anadan olan Puşkinin dünyagörüşünün formalaşmasında şairin nənəsi Mariya Alekseyevnanın (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub. Dayəsini çox sevən Puşkin ona bir neçə gözəl şeir də həsr edib. Arina Radionovna məharətlə nağıl danışar, xalq inanclarını, atalar sözlərini, tapmacaları yaxşı bilirdi. Sonradan Puşkin dayəsinin süjetlərindən istifadə edərək və "Çar Saltan haqqında nağıl", "Qızıl xoruz haqda nağıl", "Ölmüş çar qızı haqda nağıl" və başqa əsərlər yazır.

Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 25 dekabr 2018-ci tarixində Arifə Həsənovanın təşkilatçılığı ilə 6c sinfində  “Boldinskaya osen”  adlı gecə keçirildi. Gecənin keçirilməsində məqsəd şagirdlərə onun yaradıcılığı, təbiətə vurğunluğu barədə məlumat vermək idi.

Şagirdlər “Qafqaz əsiri”, “Baxçasaray fontani”, “Quldur qardaşlar” əsərləri, “Yevgeni Onegin” romanı haqqında məruzələrlə çıxış etdilər. Şagirdlərin ifasında səslənən şeirlər və vals rəqsi tədbirə rəngarənglik qatdı. Çıxış edən valideynlər şagirdlərdə ədəbiyyata olan maraqları artırılmağa səbəbi kimi belə tədbirlərin davamlı keçirilməsini müsbət qiymətləndirdilər.

Gecədə məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və valideynlər iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi