Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
24 dekabr 2018-ci ildə Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 7 “b” sinfində Azərbaycan ədəbiyyatının görkəmli şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş
“Şirin bir xatirədək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.”
(Səməd Vurğun)
adlı tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Mahirə Nəsirova, fənn müəllimləri Arifə Həsənova, Rəna Əliyeva, informatika müəllimi Kənan İsmayılov iştirak etdilər. Şagirdlərin hazırladıqları Mikayıl Müşfiqin həyatı: uşaqlıq və gənclik illəri, yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı zəngin irsi və faciəli ölümü öz əksini tapdı.
Fənn müəllimi Afaq İmamverdiyeva Mikayıl Müşfiqin həyatı, yaradıcılığı, ona həsr olunan ədəbi əsərdən - Mikayıl Müfiq dünyasından ətraflı məlumat verdi. Şagirdlərin ifasında ədibin şeirləri dinlənildi. Şagirdlər tarın müşaiyəti ilə “Oxu tar” şeirini həm Azərbaycan dilində, həm də Rus dilində səsləndirdilər. Mikayıl Müşfiqə həsr olunmuş videoçarx nümayiş etdirildi.