Valideyn iclası keçirildi
19 dekabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8c sinif valideynlərininin növbəti iclası keçirildi. İclası giriş sözü ilə 8c sinif rəhbəri Nuriyeva İradə açdı. İclasda fənn müəllimlərindən Quliyev Ülvi, Fərəcullayeva Mətanət, Hüseynova Leyla, İbrahimova Mehriban, Nəsirova Mahirə çıxış edərək valideynləri məlumatlandırdı. İclasın əsas məqsədi şagirdlərin təlimdəki zəif nəticələrinin aradan qaldırılmasında valideynlərin yaxından iştirakının təmin olunması idi. Bu məqsədlə valideynlərə şagirdlər üzərindəki nəzarəti gücləndirmək tapşırıldı.