9-cu siniflərdə qiymətləndirmə keçirildi

21 dekabr 2018-ci il tarixində  171 nömrəli tam orta  məktəbdə 9-cu sinif şagirdləri üçün  Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanlarının II mərhələsinə dair sınaq imtahanı keçirildi.  Qiymətləndirmə saat 10-00-da başlandı. Ayrılmış 165 dəqiqəlik vaxtın ilk 30 dəqiqəsində şagirdlər onlar üçün əvvəlcədən müəyyən olunmuş yerdə əyləşdirildi və onlara paylanmış cavab kartının düzgün doldurulma qaydaları izah olundu. Şagirdlər cavab kartını dolduqdan sonra sual kitabçaları paylandı. Onlar kitabça üzərində şəxsi məlumatlarını qeyd edərək, sualları ardıcıl şəkildə oxuyub cavablandırmağa başladılar. Qeyri ixtisas fənlərindən seçilmiş nəzarətçi müəllimlər imtahan prosesinə təlimata uyğun olaraq nəzarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi