"Günəş işığı və istiliyinin Yer kürəsində paylanması" mövzusu üzrə fakultətiv məşğələ keçirildi

17 dekabr 2018 – ci il tarixində 9b sinfində "Günəş işığı və istiliyinin Yer kürəsində paylanması" mövzusu üzrə fakultətiv məşğələ keçirildi. Məşğələdə coğrafiya müəllimi Afət Osmanova əyani vəsaitdən istifadə edərək, Günəş istiliyi və işığının yer səthində qeyri bərabər paylanmasını və obyektlərin kölgəsinin yerin orbit üzrə hərəkəti və Yer oxunun meyilliliyi ilə bağlı olduğunu izah etdi. Verilən məntəqələrdə fəsillərdən asılı olaraq günəş istiliyi və işığının iqtisadiyyata təsirini əsaslandırdı. Ərazinin meyilliliyini nəzərə alaraq günəş şüalarının düşmə bucağının təyininə aid tapşırıqlar yerinə yetirildi. Şagirdlər məşğələdə çox fəal iştirak etdilər. Müəllimin verdiyi sual və tapşırıqlara həvəslə cavab verirdilər, göstərdiyi əyani vəsait onların marağına səbəb olmuşdu. Müəllim məşğələdə qoyduğu məqsədə nail oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi