"Azərbaycanda ibtidai icma quruluşunun yaranması və dağılması" mövzusunda təqdimat keçirildi
18 dekabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tarix fənni üzrə metodbirləşmə rəhbəri Həcər Əlişova tarix aylığı çərçivəsində 6-cı sinif şagirdləri üçün təqdimat keçirdi. Təqdimat "Azərbaycanda ibtidai icma quruluşunun yaranması və dağılması" mərhələsini əhatə edirdi. Bu mövzuda video çarxda nümayiş etdirildi. Video çarxda ibtidai icma quruluşunun tarixinin 3 dövrə-daş dövrü, tunc dövrü, dəmir dövrünə bölündüyünü, daş dövrünün də özünün 3 mərhələdən – qədim daş dövrü, orta daş dövrü, yeni daş dövründən ibarət olması göstərildi. Daha sonra bu dövrlərdə insan həyatında hansı yeniliklərin olmasını, insanların hansı insan qruplarında yaşadıqlarını, sosial bərabərsizlərin necə yaranması və s. kimi elmi faktlara toxunuldu. Videoçarxın nümayişindən sonra şagirdlərlə mövzu ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı şagirdlər onlara verilən suallara ətraflı cavab verdilər. Təqdimatda və müzakirələrdə məktəbin direktoru Zemfira Məsiyeva iştirak edirdi.