"Radius" adlı bilik yarışması keçirilmişdir
6 dekabr 2018-ci ildə Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri arasında riyaziyyat fənni üzrə "Radius" adlı bilik yarışması keçirilmişdir. Yarışmadan əvvəl tədbirin bədii hissəsində şagirdlər riyaziyyat elminin inkişafı haqqında məruzəni dinlədilər. Yarışmada məktəbin 5-ci sinif şagirdləri komandalara bölünərək iştirak etdilər: 5A sinfini "Zəka", 5B-ni "Hədəf", 5C-ni "Kainat", 5Ç-ni "Günəş", 5D-ni "Alimlər", 5E-ni isə "Erudit" komandası təmsil edirdi.
Yarışma 3 mərhələdən ibarət idi: 1-ci və 3-cü mərhələdə 10 sual, 2-ci mərhələdə isə komanda liderləri yarışaraq 5 suala cavab verdilər. Yarışmanın qalibi Həsənova Sevinc müəllimənin tədris etdiyi 5E sinfinin "Erudit" komandası, 2-ci yerin sahibi isə Məmmədova Gülnarə müəllimənin rəhbərlik etdiyi 5C sinfinin "Kainat" komandası olmuşdur. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Əhmədova Sima, münsiflər heyəti qismində məktəbin riyaziyyat müəllimləri Zeylanova Esmira və İbrahimova Mehriban, məktəbin riyaziyyat fənni üzrə metod birləşmə sədri Məmmədova Gülnarə və məktəbin riyaziyyat müəllimləri Qurbanəliyeva Şəlalə, Hüseynova Zərifə və Həsənova Sevinc iştirak etdi.