Bakının tarixi yerlərinə ekskursiya
16 dekabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6c sinif rəhbəri Mətanət Fərəcullayeva sinif rəhbərinin illik fəaliyyət planına uyğun olaraq Azərbaycanın tarixi yerlərinə ekskursiya təşkil etdi. Onlar nadir incilərimizdən sayılan Qız Qalasını, İçəri Şəhər Dövlət Qoruğuna, Fəvvarələr meydanına səyahət etdilər. Şagirdlər, öz qədimiliyini qoruyub saxlayan İçəri Şəhərin gözəlliyinə heyran oldular. Tarix dərsi üçün gördükləri haqqında esse yazacaqlarını söylədilər. Ekskursiyada həmçinin valideynlərdə iştirak edirdi.