“Uşaqlar sevinsin həmişə” adlı tədbir keçirildi
17 dekabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Konvensiyası”na həsr olunmuş “Uşaqlar sevinsin həmişə” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himnin səslənməsi ilə başladı. Tədbirin aparıcıları 6 a sinif şagirdləri Aysun Hüseynova və Zəhra Məmmədova “Uşaq Hüquqları Konvensiyası” haqqında ətraflı məlumat verdilər. Məktəbin şagirdləri tərəfindən “Uşaq Hüquqları Konvesiyası” ilə əlaqədar olaraq hazırladıqları videoçarx nümayiş etdirildi. 4 c sinif şagirdləri Nərgiz Cumayəddinli söylədiyi şeir əsasında Elvin Verdiyev, Asif Qədirov səhnəcik nümayiş etdirdilər. Şagirdlər “Uşaq Hüquqları Konvensiyasının” maddələrini növbə ilə tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Şagirdlərin ifasında “Uşaqlar sevinsin həmişə” mahnısı şagirdlər tərəfindən xorla ifa olundu. Sonra şagirdlər şeir söylədilər. 5 ç sinif şagirdləri uşaqların istismarını əks etdirən “Balaca dilənçilər” adlı səhnəcik nümayiş etdirdilər.
Tədbirin sonunda məktəbin direktoru Zemfira Məsiyeva "Uşaq Hüquqları Konvensiyası" ilə bağlı çıxış etdi və tədbir haqqında fikirlərini bildirdi. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, Uşaq Birliyi Təşkilatı Rəhbəri Günay Dəmirova, sinif rəhbərləri, müəllimlər, valideynlər və 5-ci və 6-ci sinif şagirdləri iştirak edirdi.