Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq siniflərdə guşələr yaradıldı

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində siniflərdə Ulu öndər Heydər Əliyevin xatirə guşələri yaradılmışdır. Guşələrdə divar qəzetləri, Ulu öndər Heydər Əliyevin şəklinin əks olunduğu əl işləri, rəsmlər öz yerini almışdır. Əl işlərində şagirdlərin Ümummilli lider Heydər Əliyevə aid öz ürək sözləri qeyd edilmişdir. Çünki Heydər Əliyev daima uşaqlar, gənclər arasında olmuş, onların qayğısına qalmışdır. O həmişə deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir”.  

Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan böyük azərbaycanlı – Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır. Allah Ulu öndərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi