“Mən həyatı seçirəm, bəs sən?!”

Məktəbin fəaliyyət planına uyğun olaraq  bəşəriyyətin qlobal probleminə çevrilmiş və hər bir gəncin potensial namizəd olduğu zərərli vərdişlərdən qorunmasının yolları haqqında təbliğatın  aparılması və şagirdlərin maarifləndirilməsi məqsədilə 13 dekabr 2018-ci il tarixində Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə  Xətai rayon Polis İdarəsinin rəhbərliyinin  təşkilatçılığı ilə “Mən həyatı seçirəm, bəs sən?” adlı tədbir keçirildi. Tədbirdə Xətai rayon  Polis İdarəsinin rəisi,  polis polkovniki  Muradəli Babayev, Xətai rayon Polis İdarəsinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik leytenantı İdris Məhərrəmov, Xətai RPİ-nin Dövlət yol Polisi Şöbəsinn inspektoru polis mayoru Fərid Əhədov , məktəb rəhbərliyi,  müəllimlər  və VIII, IX, X, XI sinif şagirdləri iştirak etdilər. Çıxış edən əməkşlar bildirdilər ki,müasir dövrün və bir neçə əsrin bəlası olan, “ağ ölüm “ adlandırılan  narkomaniya  birbaşa intihar halı olmasa da , onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi inkaredilməzdir. Onlar real həyatda baş verən hadisələrdən şagirdlərə məlumatlar verdilər. Narkomaniya haqqında dolğun məlumat alan şagirdlər  polis əməkdaşlarına ünvanladıqları suallara  ətraflı cavab aldılar. Tədbirin sonunda hazırlanmış bir neçə video çarx  şagirdlərə nümayış etdirildi. Məktəbin akt zalında keçirilən tədbirdən sonra  qonaqlar 6 dekabr 2018-ci il  tarixindən məktəbdə başlanmış ağacəkmə kampaniyasını davam etdirmək məqsədilə məktəb ərazisində şam və küknar ağacları əkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi