“Azərbaycan deyəndə səni düşünürük biz“  adlı anım tədbiri keçirildi

Müasir Azərbaycanın memarı və qurucusu  Ümummilli Lider Heydər  Əliyevin vəfatının 15-ci ildönümü ilə  əlaqədar 12 dekabr 2018-ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə   “Azərbaycan deyəndə səni düşünürük biz“  adlı anım tədbiri keçirildi. Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Şagirdlərin hazırladıqları çıxışlar, video çarxlar, səhnəciklər mövzunu tam anlamında əhatə edirdi. Tədbirin növbəti gedişatında məktəbin  şagirdləri böyük şəxsiyyətin həyatı və onun Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat verdilər. Şagirdlər çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildiriblər. Sonda məktəbin direktoru Zemfira Məsiyeva öz nitqində Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açdı. O, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. Tədbirin sonunda müəllim və şagird kollektivi məktəb ərazisində anım günü ilə əlaqədar şam və küknar ağacları əkdilər,  məktəbin  hazırlıq qrupunun şagirdləri matəm rəmzi olan qara helium şarları havaya uçurdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi