AXC-nin 100 illiyinə həsr olunmuş təqdimatlar
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə dekabr ayı tarix aylığıdır. 9a və 9c siniflərində şagirdlər Azərbaycan tarixi dərsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyətinə aid təqdimatlar hazırlamışdılar. Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının fəaliyyəti ilə yaranan şərqdə ilk demokratik Cümhuriyyət haqqında şagirdlər bütün lazımi materialları toplamışdılar. Dövlət səviyyəsində keçirilən AXC-nin 100 illik yubileyinin keçirilməsi və bu sahədə görülən işləri öz təqdimatlarında əks etdirmişdilər.