Müəllim-şagird münasibətləri
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 06 dekabr 2018-ci il tarixində 6b sinif şagirdləri, sinif rəhbəri Mehriban Sadıqova və məktəb psixoloqu Günay Aslanovanın iştirakı ilə şagird - müəllim münasibətlərində psixoloji məqamlarla bağlı söhbət keçirildi. Söhbət zamanı şagirdləri narahat edən sinifdaxili problemlərə, gündəlik rejimin qurulması, telefon və başqa informasiya vasitələrindən gün ərzində nə qədər istifadə etmələri lazım olduğuna, problemləri olduqda onun həlli yolunun açıq formada danışılması, bölüşmələri lazım olduğuna və qapanıqlılığın şəxsə nə qədər zərər verdiyinə toxunuldu.