Riyaziyyat fənnindən bilik yarışı keçirildi
30 noyabr 2018-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin illik fəaliyyət planına uyğun olaraq riyaziyyat və informatika aylığı çərçivəsində 7-ci sinif şagirdləri arasında riyaziyyat fənnindən bilik yarışı keçirilmişdir. Yarışdan əvvəl tədbirin bədii hissəsində şagirdlər “Riyaziyyat və təbiət” mövzusunda riyaziyyat elminin inkişafı haqqında məruzəsini və 7-ci sinif şagirdlərinin hazırladıqları “Elmlərin mübahisəsi” şeirini dinlədilər. Yarışmada üç sinifin komandası iştirak edirdi: 7a sinifinin “Pifaqor” komandası, 7 b sinifinin “Qauss” komandası, 7 c sinifinin “Tusi” komandası. Şagirdlər yarışmaya çox həvəslə hazırlaşdıqlarını söylədilər.
Yarışma 3 mərhələdən ibarət idi. I və III mərhələdə 10 sual və hər düzgün cavaba 10 bal verildi. II mərhələdə isə komandaların kapitanları tək yarışır və onlara 5 sual verilmişdir.
Yarışda məktəbin direktoru Zemfira Məsiyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, məktəbin tarix müəllimi, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, münsiflər heyəti kimi məktəbin riyaziyyat müəllimi Esmira Zeynalova, Mehriban İbrahimova, 7 a sinifinin sinif rəhbəri Mahirə Nəsirova, tədbirin təşkilatçısı Gülnarə Məmmədova, riyaziyyat müəllimləri Şəlalə Qurbanova, Sevinc Həsənova, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişdilər.
Yarışın qalibi “Qauss” komandası oldu. Sonda yarışda qalib gələn komandanın üzvlərinə məktəbin direktoru Zemfira Məsiyeva tərəfindən diplomlar təqdim olundu.