Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
07 dekabr 2018-ci il tarixində məktəbimizdə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olundu. Aksiya zamanı müəllimlərin, şagirdlərin iştirakı ilə məktəb ərazisində 350 müxtəlif gül kolları əkildi. Aksiya 12 dekabr tarixinə qədər davam etdiriləcək. Növbəti günlərdə məktəb ərazisində şam və küknar ağaclarının əkilməsi nəzərdə tutulub