XI siniflərdə məktəbdaxili monitorinq keçirildi
6 dekabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbin illik fəaliyyət planına uyğun olaraq XI siniflərdə məktəbdaxili monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlmaq idi. Monitorinqdə 2 sinif Azərbaycan bölməsinin, 1 sinif Rus bölməsinin XI sinif şagirdləri iştirak edirdi. Tapşırıqlar Ana dilindən 20 sual, riyaziyyatdan 15 sual, ingilis dilindən 15 sual olmaqla iki varintda açıq və seçimi olan tapşırıqlardan ibarət idi. Şagirdlər 90 dəqiqə müddətində verilən tapşırıqları cavablandırdılar. Nəticələr qısa vaxt ərzində yoxlanılacaq, şagirdlərə, validyenlərə məlumat veriləcək. Metodbirləşmə iclasında, pedaqoji şurada müzakirə olunacaq müvafiq qərarlar qəbul ediləcək.