“Azərbaycanın dərman bitkiləri” mövzusunda layihə hazınlandı
Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin biologiya müəllimi Titova Natalya 4 dekabr 2018-ci il tarixində 7 d sinif şagirdlərinin iştirakı ilə “Azərbaycanın dərman birkiləri” mövzusunda layihə hazırladı. Layihədə “bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulu babalarımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Dərman bitkiləri – xalq təbabətində, tibbi və ya baytarlıq praktikasında müalicəvi və profilaktik məqsədlə istifadə olunan geniş bitki qrupudur. Hər hansı bir orqanı və ya hissəsi xammal kimi istifadə olunur. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edirlər” söylənən məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırıldı.